Kişinyovda on minlərlə insan hökumətin istefasını tələb edir

Kişinyovda on minlərlə insan hökumətin istefasını tələb edir Aksiya müxalif Moldova Sosialist Partiyası və “Bizim Partiya”nın birgə təşkilatçılığı ilə baş tutub
Digər ölkələr
24 Yanvar , 2016 16:19
Kişinyovda on minlərlə insan hökumətin istefasını tələb edir

Bakı. 24 yanvar. REPORT.AZ/ Moldovanın paytaxtı Kişinyov şəhərində hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçirilir.

“Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, müxalif Moldova Sosialist Partiyası və “Bizim Partiya”nın birgə təşkilatçılığı ilə baş tutan aksiyada on minlərlə insan iştirak edir.

Pavel Filipin rəhbərlik etdiyi höküməti istefaya çağıran nümayişçilər "Biz xalqıq !", "Biz birlikdə gücük!", "Mafiya yox edilməlidir", "Novbədənkənar seçkilər keçirilsin" kimi şüarlar səsləndirir. Aksiya dinc xarakter daşıyır.

Son xəbərlər

Orphus sistemi