Kişineuda yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası başlayıb

Kişineuda yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası başlayıb Aksiya iştirakçıları seçkinin nəticələrinin tanınmasını tələb edirlər
Digər ölkələr
20 İyun , 2018 20:49
Kişineuda yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası başlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ Moldovanın paytaxtı Kişineuda yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası başlayıb. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, onlar Kişineu şəhər meriyasına seçkilərin ikinci turunda 52,57% səs toplamış Andrey Nestaseni dəstəkləmək məqsədilə mitinqə çıxıblar. 

Aksiya iştirakçıları seçkinin nəticələrinin tanınmasını tələb edirlər. Onlar səsləri tanınana qədər hər gün etiraz etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Kişineu Şəhər Məhkəməsi keçirilən növbədənkənar seçkilərin nəticələrini tanımayıb. 

Xatırladaq ki, yeni seçilən mer bu vəzifədə bir il işləyəcək. Çünki Moldovada 2019-cu ilin yayında yerli özünüidarəetmə orqanlarına seçkilər baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi