Kirov vilayətinin qubernatoru böyük məbləğdə rüşvət almaqda ittiham olunur

Kirov vilayətinin qubernatoru böyük məbləğdə rüşvət almaqda ittiham olunur Qubernator 400 min avro rüşvət alıb
Digər ölkələr
25 İyun , 2016 11:44
Kirov vilayətinin qubernatoru böyük məbləğdə rüşvət almaqda ittiham olunur

Bakı. 25 iyun. REPORT.AZ/ Kirov vilayətinin qubernatoru Nikita Belıx böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Vladimir Markin məlumat verib.

İstintaq versiyasına görə, N.Belıx şəxsən və vasitəçi ilə ümumilikdə 400 min avro rüşvət alaraq "Novovyat xizək fabriki" və "Meşə təsərrüfatı idarəsi şirkəti"nə rəhbərlik edənlərin xeyrinə addımlar atıb, eləcə də Kirov vilayətinin hökuməti tərəfindən investisiya layihələri hesabına fəaliyyət göstərən müəssisələrdə həyata keçirilən xidmət zamanı müəyyən şəxslərə hamilik edib.

V.Markinin bildirdiyinə görə, Kirov vilayətinin administrasiyasında axtarış həyata keçirilib və yaxın zamanda müstəntiqlər N.Belıx barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edəcək.

Son xəbərlər

Orphus sistemi