Kipr münaqişəsi üzrə danışıqlar prosesi bərpa oluna bilər

Kipr münaqişəsi üzrə danışıqlar prosesi bərpa oluna bilər Bu barədə BMT Baş katibinin Kıbrıs üzrə müşaviri Espen Barth Eide açıqlama verib.
Digər ölkələr
28 Yanvar , 2015 03:37
Kipr münaqişəsi üzrə danışıqlar prosesi bərpa oluna bilər

BAKI. 28 yanvar. REPORT.AZ/ Kiprin yunan və türk icmalari arasında münaqişənin nizamlanması üzrə danışıqlar prosesi bərpa oluna bilər.

"Report" TRT telekanalına istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin Kipr üzrə müşaviri Espen Barth Eide açıqlama verib.

Onun sözlərinə görə, tərəflərin Aralıq dənizində neft qaz kəşfiyyatına dair qərarları dialoq üçün ciddi əngəl törədib və bu kimi fəaliyyətlər hər iki icmanın maraqlarına ziddir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası, Kipr adasında vəziyyətə dair müzakirələri qapalı qapılar arxasında aparıb. İclasda adada yaranmış son vəziyyətlə bağlı Espen Barth Eide ilə yanaşı BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Lisa Buttenheim də çıxış edib.

Son xəbərlər

Orphus sistemi