Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir

Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir Ölkə ərazisində 1100-dən çox seçki məntəqəsi açılıb
Digər ölkələr
4 Fevral , 2018 09:56
Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir

Bakı. 4 fevral. REPORT.AZ/ Kiprdə prezident seçkilərinin II turu üzrə səsvermə başlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkə ərazisində 1100-dən çox seçki məntəqəsi açılıb.

Seçkilərin birinci turu yanvarın 28-də keçirilib. Burada 9 namizəd iştirak edib. Onun nəticələrinə görə, II tura hazırkı prezident, hakim Demokratiya Toplumu partiyasından namizəd Nikos Anastasiadis və solçu Kiprin Əməkçi Xalqının Mütərəqqi Partiyasından namizəd Stavros Malas keçib. Onlar müvafiq olaraq 35,5 və 30,25 faiz səs toplayıblar.

Son xəbərlər

Orphus sistemi