Kiprdə prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib

Kiprdə prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib II turda prezident postu uğrunda Anastasiadis və Malas mübarizə aparacaq
Digər ölkələr
28 Yanvar , 2018 21:12
Kiprdə prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib

Bakı. 28 yanvar. REPORT.AZ/ Kiprin hazırkı dövlət başçısı Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində liderlik edir. Lakin bu nəticə ona birinci turda qalib gəlmək imkanı vermir.

“Report” xəbər verir ki, bu barədə ekzitpolların nəticələrində deyilir.

Anastasiadis birinci turda səslərin 38-42 faizini toplayıb, onun yaxın izləyicisi, Kiprin Əməkçi Xalqının Mütərəqqi Partiyasının nümayəndəsi Stavros Malas 27-31 faiz səs qazanıb. Üçüncü yerdə Demokrat Partiyasının lideri Nikolas Papadopulos (21,5-24,5 faiz səs) gedir.

Prezident postu uğrunda ikinci turda Anastasiadis və Malas mübarizə aparacaq.

Prezident seçkilərinin II turu fevralın 4-də keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi