Kipr üzrə növbəti beynəlxalq konfransın tarixi açıqlanıb

Kipr üzrə növbəti beynəlxalq konfransın tarixi açıqlanıb Danışıqların yeni mərhələsi BMT baş katibinin himayəsi altında keçiriləcək
Digər ölkələr
10 İyun , 2017 07:57
Kipr üzrə növbəti beynəlxalq konfransın tarixi açıqlanıb

Bakı. 10 iyun. REPORT.AZ/ Kipr üzrə növbəti beynəlxalq konfrans iyunun 28-də keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

O qeyd edib ki, danışıqların yeni mərhələsi BMT baş katibinin himayəsi altında keçiriləcək. Danışıqlarda Kipr prezidenti Nikos Anastasiadis və Şimali Kipr Türk Respublikasının lideri Mustafa Akıncı, həmçinin müşahidəçi qismində Avropa İttifaqının nümayəndəsi iştirak edəcək.

Təminatçı ölkələr qismində yenə Böyük Britaniya, Yunanıstan və Türkiyə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi