Kipr təyyarəni qaçırmış şəxsi Misirə ekstradisiya etməyə razılıq verib

Kipr təyyarəni qaçırmış şəxsi Misirə ekstradisiya etməyə razılıq verib Seyf əd-Din Mustafa martın 29-da "EgyptAir"in təyyarəsini qaçırıb Larnakaya eniş etmişdi
Digər ölkələr
7 Aprel , 2016 09:11
Kipr təyyarəni qaçırmış şəxsi Misirə ekstradisiya etməyə razılıq verib

Bakı. 7 aprel. REPORT.AZ/ Kipr hökuməti martın sonlarında "EgyptAir" aviaşirkətinin təyyarəsini qaçırmaqda ittiham olunan Seyf əd-Din Mustafanı Misirə ekstradisiya etməyə razılıq verib.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xatırladaq ki, "EgyptAir" aviaşirkətinə məxsus A320 təyyarəsi martın 29-da Qahirədən İsgəndəriyyəyə uçuş həyata keçirərkən havaya qalxdıqdan az sonra ələ keçirilmişdi. Layner onu qaçıran Seyf əd-Din Mustafanın tələbiylə sonradan Kiprin Larnaka şəhər aeroportuna eniş etmişdi. Bütün sərnişinləri azad etdikdən sonra Misir vətəndaşı təyyarənin pilot kabinəsinin pəncərəsindən düşərək polisə təslim olmuşdu.

Bəzi mənbələrin yazdığına görə, 58 yaşlı Mustafa həmin vaxt anlaqsız vəziyyətdə olub. Kipr polisi isə onun törətdiklərini boynuna alaraq günahını etiraf etdiyini bildirib. İddiaya görə, onun təyyarəni qaçırmasına səbəb Kiprdə yaşayan sabiq həyat yoldaşı ilə mübahisə etməsi olub.

Misir hökuməti isə 1996-cı ildə Kiprlə bağlanmış sazişə əsasən, öz vətəndaşının ekstradisiya olunmasını tələb edib.

Son xəbərlər

Orphus sistemi