Kipr prezidenti: "Misir təyyarəsinin qaçırılması terrorla bağlı deyil"

Kipr prezidenti: "Misir təyyarəsinin qaçırılması terrorla bağlı deyil" Nikos Anastasiadis: "Hər şey həmişə qadınla bağlı olur"
Digər ölkələr
29 Mart , 2016 13:39
Kipr prezidenti: Misir təyyarəsinin qaçırılması terrorla bağlı deyil

Bakı. 29 mart. REPORT.AZ/ "Kiprin Larnaka şəhərinin hava limanında yerə enən Misir təyyarəsinin qaçırılması terrorla bağlı deyil".

"Report" "Reuetrs"ə istinadən xəbər verir ki, bunu Kipr prezidenti Nikos Anastasiadis deyib.

"Burada terrorla bağlı heç nə yoxdur. Hər şey həmişə qadınla bağlı olur", - deyə prezident bildirib.

Daha əvvəl təyyarəni qaçıran misirli İbrahim Samahanın şəxsi motivlərin ola biləcəyi deyilirdi. Belə ki, o, Kipr hüquq-mühafizə orqanlarından kiprli sabiq həyat yoldaşı ilə görüşməyi tələb etmişdi. Polis artıq Marina Parasxu adlı qadını tapıb, onu aeroporta gətirirlər.

Son xəbərlər

Orphus sistemi