Kipr Futbol Federasiyası prezidentinin şirkətinin binası qarşısında partlayış olub

Kipr Futbol Federasiyası prezidentinin şirkətinin binası qarşısında partlayış olub 2011–ci ildə keçirilən qarşılaşmalardan azı 75-i şübhəlidir
Digər ölkələr
18 Noyabr , 2016 08:18
Kipr Futbol Federasiyası prezidentinin şirkətinin binası qarşısında partlayış olub

Bakı. 18 noyabr. REPORT.AZ/ Kiprin yunan hissəsindəki Futbol Federasiyasının prezidenti Kostakis Kutsokominsə məxsus sığorta şirkətinin binasının qarşısında partlayış olub.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, 60 yaşlı prezident xəsarət almayıb.

İnformasiyaya əsasən, polis partlayışı milli çempionatdakı danışılmış oyunlarla əlaqələndirib. Məlumata görə, bu həftənin əvvəlində UEFA (Avropa Futbol Federasiyaları Assosiasiyası) Kipr adasının bu hissəsində danışılmış oyunları araşdırmağa başlayıb.

Xəbərdə bildirilib ki, 2011-ci ildə keçirilən qarşılaşmalardan azı 75-i şübhəlidir.

Qeyd edək ki, Kiprin bu hissəsi Avropa İttifaqının üzvüdür.

Son xəbərlər

Orphus sistemi