KXDR nümayəndəsi danışıqlar aparmaq üçün Vaşinqtona gəlib

KXDR nümayəndəsi danışıqlar aparmaq üçün Vaşinqtona gəlib Bakı. 18 yanvar. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Yon Çxol Vaşinqtona səfər edib.
Digər ölkələr
402
18 Yanvar , 2019 05:18
KXDR nümayəndəsi danışıqlar aparmaq üçün Vaşinqtona gəlib

Bakı. 18 yanvar. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Yon Çxol Vaşinqtona səfər edib.

Bu barədə "Report" Cənubi Koreyanın "Yonhap" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, KXDR rəsmisinin təyyarəsi Dalles adına Hava Limanında yerə enib.

Güman edilir ki, o, ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo ilə danışıqlar aparacaq. Məlumata görə, danışıqların əsas mövzusu ABŞ prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında ikinci görüşün təşkili olacaq.

Həmçinin Kim Yon Çxolun Donald Trampla görüşəcəyi və ona Şimali Koreya liderinin məktubunu təqdim edəcəyi ehtimalı da vurğulanır.

Daha əvvəl bildirilirdi ki, Kim Çen In ABŞ prezidentinə məktub yazıb.

Son xəbərlər

Orphus sistemi