Kim Çen Inın bacısı ABŞ-ı hədələyib

Kim Çen Inın bacısı ABŞ-ı hədələyib KXDR lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin (MK) sədr müavini Kim Yo Çjon ABŞ-ın hərəkətlərinə cavab olaraq Şimali Koreyanın Sakit Okeana raket atışlarını intensivləşdirə biləcəyini bildirib.
Digər ölkələr
20 Fevral , 2023 06:48
Kim Çen Inın bacısı ABŞ-ı hədələyib

KXDR lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin (MK) sədr müavini Kim Yo Çjon ABŞ-ın hərəkətlərinə cavab olaraq Şimali Koreyanın Sakit Okeana raket atışlarını intensivləşdirə biləcəyini bildirib.

“Report” xəbər verir ki, onun sözlərini KXDR Mərkəzi Teleqraf Agentliyi (STAK) sitat gətirib.

O qeyd edib ki, Koreya yarımadasında ABŞ-ın strateji zərbə silahlarının hərəkəti intensivləşib. Pxenyan onların KXDR-in təhlükəsizliyinə təsirini nəzərə alır və müvafiq cavab tədbirləri görəcək.

"Sakit okeandan sınaq meydanımız kimi istifadə tezliyi Amerika qoşunlarının hərəkətlərinin xarakterindən asılıdır", - o deyib.

Qeyd edək ki, Pxenyan bazar ertəsi Yapon dənizinə ballistik raket atıb. Raket dənizə düşüb.

Bu arada, Yaponiya Sahil Mühafizəsi KXDR-dən daha iki ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi