Kim Çen In yaxın vaxtlarda Cənubi Koreyaya səfər edəcək

Kim Çen In yaxın vaxtlarda Cənubi Koreyaya səfər edəcək Bakı. 19 sentyabr. REPORT.AZ/ KXDR lideri Kim Çen In bildirib ki, o, Cənubi Koreya prezidenti Mun Çje İnin yaxın vaxtlarda Seula səfər etmək barədə təklifini qəbul edib.
Digər ölkələr
19 Sentyabr , 2018 07:27
Kim Çen In yaxın vaxtlarda Cənubi Koreyaya səfər edəcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ KXDR lideri Kim Çen In bildirib ki, o, Cənubi Koreya prezidenti Mun Çje İnin yaxın vaxtlarda Seula səfər etmək barədə təklifini qəbul edib.

Bu barədə "Report" "Ronxap" agentliyinə istinadən xəbər verir.

Hər iki lider həmçinin bildiriblər ki, sülh və nüvəsiz Koreya yarımadasının yaradılması üzrə aktiv səylərə sadiqliklərini təsdiq edirlər.

Cənubi Koreya lideri qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası Tonçxandakı hərbi poliqonunu birdəfəlik bağlayıb.

Mun Çje İn və Kim Çen In Pxenyanda danışıqların nəticəsinə əsasən razılaşma imzalayıblar. 

Son xəbərlər

Orphus sistemi