Kim Çen In sürətlə nüvə müharibəsinə hazırlaşır

Kim Çen In sürətlə nüvə müharibəsinə hazırlaşır Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ordu və hərbi sənaye müəssisələrinin, o cümlədən nüvə silahı istehsalı ilə bağlı müəssisələrin qarşısına müharibə hazırlığını sürətləndirmək vəzifəsi qoyub.
Digər ölkələr
28 dekabr 2023 00:19
Kim Çen In sürətlə nüvə müharibəsinə hazırlaşır

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ordu və hərbi sənaye müəssisələrinin, o cümlədən nüvə silahı istehsalı ilə bağlı müəssisələrin qarşısına müharibə hazırlığını sürətləndirmək vəzifəsi qoyub.

“Report” xəbər verir ki, bu barədə o, səkkizinci çağırış Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin IX Plenumunun genişləndirilmiş iclasında müvafiq bəyanatla çıxış edib.

Kim Çen In vurğulayıb ki, Koreya yarımadasında ABŞ və onun peyklərinin misli görünməmiş “hiylə”lərinə görə belə tədbirlər görülməlidir.

Bundan əvvəl Kim Çen In təxribatlara nüvə zərbəsi ilə cavab verəcəyini vəd etmişdi.

Son xəbərlər

Orphus sistemi