Kim Çen In Şimali Koreyanı ABŞ-a nüvə zərbəsi endirməyə qadir olan ölkə adlandırıb

Kim Çen In Şimali Koreyanı ABŞ-a nüvə zərbəsi endirməyə qadir olan ölkə adlandırıb Kim Çen In vurğulayıb ki, Şimali Koreya belə tərəqqiyə ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasına rəğmən nail ola bilib
Digər ölkələr
22 Dekabr , 2017 08:23
Kim Çen In Şimali Koreyanı ABŞ-a nüvə zərbəsi endirməyə qadir olan ölkə adlandırıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Silahlı Qüvvələrin inkişafı Şimali Koreyanı ABŞ-a birbaşa nüvə təhlükəsi yaşatmağa qadır olan ölkəyə çevrilməsinə imkan yaradıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In ölkəsinin Əmək Partiyasının üzvləri qarşısında çıxışı zamanı deyib.

"Nüvə silahlı qüvvələrimiz sürətli inkişafı ölkəmizin dünya siyasətinə və strateji vəziyyətə böyük təsir göstərməsinə imkan verir. Bizim respublika ABŞ-a birbaşa nüvə təhlükəsi yaşatmağa qadır olan ölkəyə çevrilib. Dünyada heç kəs bunu inkar edə bilməz", – deyə Şimali Koreya lideri deyib.

Kim Çen In vurğulayıb ki, Şimali Koreya belə tərəqqiyə ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasına rəğmən nail ola bilib.

Koreya yarımadasında vəziyyət noyabrın sonunda kəskinləşib. Rəsmi Pxenyan növbəti raket buraxılışını həyata keçirib. Şimali Koreya rəsmiləri ABŞ ərazisinə çata biləcək nüvə başlığlı raketlərə malik olduğunu açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi