Kim Çen In Seuldan hədiyyə olaraq alınan 200 ton mandarinin paylanmasına göstəriş verib

Kim Çen In Seuldan hədiyyə olaraq alınan 200 ton mandarinin paylanmasına göstəriş verib Bakı. 16 noyabr. REPORT.AZ/ KXDR lideri Kim Çen In Cənubi Koreyadan hədiyyə olaraq alınan 200 ton mandarinin paylanmasına göstəriş verib.
Digər ölkələr
16 Noyabr , 2018 11:29
Kim Çen In Seuldan hədiyyə olaraq alınan 200 ton mandarinin paylanmasına göstəriş verib

Bakı. 16 noyabr. REPORT.AZ/ KXDR lideri Kim Çen In Cənubi Koreyadan hədiyyə olaraq alınan 200 ton mandarinin paylanmasına göstəriş verib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.

Meyvələr məktəblilərə, uşaqlara və Pxenyanın digər sakinlərinə paylanacaq.

Həmçinin Kim Çen In mandarinlərə görə Cənubi Koreya Prezidenti Mun Çje İnə təşəkkürünü bildirib.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya lideri Kim Çen In cənubi koreyalı həmkarı Mun Çje İnə 2 ton matsutake delikates göbələyi hədiyyə edib

Son xəbərlər

Orphus sistemi