​Kim Çen In qoşunların döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmri verib

​Kim Çen In qoşunların döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmri verib Bu barədə qərar Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komitəsinin iclasından sonra qəbul olunub
Digər ölkələr
20 avqust 2015 23:20
​Kim Çen In qoşunların döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmri verib

Bakı. 21 Avqust. REPORT.AZ/ Şimali Koreya ordusu ölkə lideri Kim Çen In tərəfindən odlu taktiki hücum üçün Silahlı Qüvvələrin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmri alıb.

"Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi məlumat yayıb.

"Kim Çen In odlu taktiki hücuma keçmək üçün hərbi birləşmələrin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi haqqında 21 avqust tarixli Koreya xalq ordusunun ali baş komandanı əmrini verib", — deyə agentlik qeyd edir.

Sözügedən əmrin verilməsi barədə qərar Şimali və Cənubi Koreya arasında baş verən qarşılıqlı artilleriya atəşindən sonra Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komitəsinin iclasından sonra qəbul olunub.

Son xəbərlər

Orphus sistemi