Kim Çen In prezidentliyi dövründə ilk xarici səfərini Çinə edib və Pekində Si Szinpinlə görüşüb

Kim Çen In prezidentliyi dövründə ilk xarici səfərini Çinə edib və Pekində Si Szinpinlə görüşüb KXDR liderinin səfəri 25-28 mart tarixlərində davam edib
Digər ölkələr
1471
28 Mart , 2018 06:12
Kim Çen In prezidentliyi dövründə ilk xarici səfərini Çinə edib və Pekində Si Szinpinlə görüşüb

Bakı. 28 mart. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In prezidentliyi dövründə ilk xarici səfərini Çinə edib.

“Report” xəbər verir ki, o, Pekində Çin sədri Si Szinpinlə görüşüb.

Çinin mərkəzi televiziyasının çərşənbə günü yaydığı məlumata görə, KXDR liderinin səfəri 25-28 mart tarixlərində davam edib.

Çin sədrinin sözlərinə görə, Pekin, xalqlarının rifahının yaxşılaşdırılması, bölgədəki sülh və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə iki dövlətin qarşılıqlı maraqlarının qorunması və sülh naminə Pxenyanla əməkdaşlığın davamlı olaraq möhkəmləndirilməsini təmin edəcək.

Kim Çen In öz növbəsində bildirib ki, KXDR rəhbərliyi hər zaman Çinlə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük diqqət yetirir.

"Çinlə dostluğun inkişafı bizim seçimdir və heç bir şey onu dəyişə bilməz", - KXDR lideri bildirib. 

Son xəbərlər

Orphus sistemi