Kim Çen In Hərbi komitənin iclasını keçirdi

Kim Çen In Hərbi komitənin iclasını keçirdi Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Əmək Partiyasının Mərkəzi Hərbi Komitəsinin iclasını keçirib.
Digər ölkələr
24 May , 2020 02:49
Kim Çen In Hərbi komitənin iclasını keçirdi
Kim Çen In / Kim Şen In

Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Əmək Partiyasının Mərkəzi Hərbi Komitəsinin iclasını keçirib.

“Report”un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

Qeyd edilir ki, görüş "milli müdafiə qüvvələrinin gələcəkdə gücləndirilməsi, müharibələrin daxili vəsaitlərlə və xarici siyasətlə qarşısının alınması üzrə vacib tələblər”in müzakirəsinə həsr edilib. Müşavirənin gedişatında "strateji qüvvələrin yalnız fövqəladə vəziyyətlərdə istifadəsi" şərti ilə nüvə müqavimətinin gücləndirilməsi strategiyası təklif edilib”.

İclas iştirakçıları həmçinin Koreya Xalq Ordusu təşkilatında xüsusi çatışmazlıqları açıqlayıblar və onların aradan qaldırılması variantlarını müzakirə ediblər. Bundan başqa, görüşün gündəliyinə Koreya Xalq Ordusunun yeni bölmələrinin komplektləşdirməsi ilə bağlı məsələ də daxil olunub.

Son xəbərlər

Orphus sistemi