Kim Çen In Cənubi Koreya prezidentini hava limanında özü qarşılayıb - VİDEO

Kim Çen In Cənubi Koreya prezidentini hava limanında özü qarşılayıb - VİDEO Bakı. 18 sentyabr. REPORT.AZ/ KXDR lideri Kim Çen In bu il keçiriləcək üçüncü Koreya dövlətlərarası sammitində iştirak etmək üçün Pxenyana gələn Cənubi Koreya prezidenti Mun Çje İni hava limanında şəxsən özü qarşılayıb.
Digər ölkələr
18 Sentyabr , 2018 05:57
Kim Çen In Cənubi Koreya prezidentini hava limanında özü qarşılayıb - VİDEO

Bakı. 18 sentyabr. REPORT.AZ/ KXDR lideri Kim Çen In bu il keçiriləcək üçüncü Koreya dövlətlərarası sammitində iştirak etmək üçün Pxenyana gələn Cənubi Koreya prezidenti Mun Çje İni hava limanında şəxsən özü qarşılayıb.

“Report” xəbər verir ki, iki ölkə lideri həyat yoldaşları ilə birgə təyyarənin pilləkənləri önündə əl sıxaraq qucaqlaşıblar.

Sammit zamanı Mun Çje İn və Kim Çen In münasibətlərin bundan sonra da yaxşılaşdırılması, yarımadanın nüvəsizləşdirilməsi və şimali koreyalıların ABŞ ilə dialoqunun inkişafı məsələlərini müzakirə edəcəklər.

Bundan əlavə, tərəflər bölgədə hərbi gərginliyin zəiflədilməsi barədə də danışacaqlar.

Son xəbərlər

Orphus sistemi