Kim Çen In ABŞ prezidentini ölkəsinə dəvət edib

Kim Çen In ABŞ prezidentini ölkəsinə dəvət edib Şimali Koreya lideri Kim Çen In Amerika Prezidenti Donald Trampı KXDR paytaxtı Pxenyana səfərə dəvət edib.
Digər ölkələr
30 İyun , 2019 12:16
Kim Çen In ABŞ prezidentini ölkəsinə dəvət edib

Şimali Koreya lideri Kim Çen In Amerika Prezidenti Donald Trampı KXDR paytaxtı Pxenyana səfərə dəvət edib.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Kiodo" agentliyinə istinadən TASS məlumat yayıb.

Kim Çen In həmçinin ümid etdiyini bildirib ki, KXDR və ABŞ keçmişin bütün problemlərini həll edir və münasibətlərdə yeni səhifə açır.

"Mən Prezident Trampla birgə bütün gözləntiləri üstələyən nəticələrə nail olmaq istəyirəm", - deyə agentlik onun sözlərini sitat gətirib.

Daha əvvəl Amerika prezidenti şimali koreyalı həmkarını ölkəsinə dəvət etmişdi.

Son xəbərlər

Orphus sistemi