Bakı. 10 iyun. REPORT.AZ/ Bazar günü Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ölkə paytaxtının hava limanında KXDR lideri Kim Çen Inı qarşılayıb.
“Report” xəbər verir ki, Sinqapur XİN-in başçısı Şimali Koreya lideri ilə birgə fotosunu "Twitter"də paylaşıb.
"Yenicə Sinqapura gəlmiş sədr Kim Çen Inı qarşıladım", - deyə Balakrişnan yazıb.
Bu gün Kim Çen Inın həmçinin Sinqapurun baş naziri Li Syanlun ilə görüşü planlaşdırılıb. İyunun 12-də isə KXDR lideri ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.