Zoran Milanoviç Xorvatiyada prezident seçkilərində qalib gəlib - FOTO

Zoran Milanoviç Xorvatiyada prezident seçkilərində qalib gəlib - FOTO Xorvatiyanın Sosial Demokrat Partiyasının (SDP) sədri və ölkənin keçmiş baş naziri Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda liderlik edir.
Digər ölkələr
105
6 Yanvar , 2020 01:50
Zoran Milanoviç Xorvatiyada prezident seçkilərində qalib gəlib - FOTO

Xorvatiyanın Sosial Demokrat Partiyasının (SDP) sədri və ölkənin keçmiş baş naziri Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda liderlik edir.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Xorvatiyanın Dövlət Seçki Komissiyasının qeyri-rəsmi məlumatına əsasən, siyasətçiyə seçicilərin 52,7%-i səs verib.

Məlumata görə, hazırkı dövlət başçısı Kolinda Qrabar-Kitaroviç 43,3% səs toplayıb.

Dövlət Seçki Komissiyası bildirib ki, seçkilərdə seçicilərin 55%-i iştirak edib.

Qeyd edək ki, bu, Xorvatiyada prezident seçkilərinin ikinci turu idi. Dünən keçirilən səsvermələrdə ölkə rəhbəri vəzifəsinə əvvəlki raundun nəticəsinə görə birinci və ikinci yeri tutmuş müxalifətçi Sosial Demokrat Partiyasından namizəd Zoran Milanoviç və hazırkı prezident Kolinda Qrabar-Kitaroviç iddialı idi.

Son xəbərlər

Orphus sistemi