Yuxarı
    Bağlamaq

    KİV: Türkiyə vətəndaşlarına 2017-ci ilə qədər Aİ-də vizasız rejim verilməyəcək

    Berlin Türkiyə vətəndaşlarının ilin sonunadək Aİ-də vizasız rejimə keçəcəklərinə inanmır

    Bakı. 23 may. REPORT.AZ/ Almaniya hökuməti Türkiyə vətəndaşlarının ilin sonunadək Aİ-də vizasız rejimə keçəcəklərinə inanmır. Berlin ilin sonunadək Ankaranın bütün öhdəliklərini yerinə yetirə bilməyəcəyini iddia edir.

    "Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumatlı mənbəyə istinadən xəbər verib.

    Qeyd edək ki, Türkiyə və Aİ 2013-cü ildən viza rejiminin liberallaşdırılması məsələsini müzakirə edir. Bu ilin mart ayında tərəflər Türkiyədən qanunsuz yolla Aİ-yə miqrant axınını dayandırmaq məsələsinin bir hissəsi kimi nəhayət razılıq əldə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi