​KİV: "Türkiyə İraqın sərhədyanı ərazilərinə havadan zərbələr endirib"

​KİV: "Türkiyə İraqın sərhədyanı ərazilərinə havadan zərbələr endirib" Əməliyyat zamanı, əsasən Türkiyənin Kürd Fəhlə Partiyasının mövqeləri hədəfə alınıb
Digər ölkələr
10 Dekabr , 2015 06:31
​KİV: Türkiyə İraqın sərhədyanı ərazilərinə havadan zərbələr endirib

Bakı. 10 dekabr. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələrinin təyyarələri İraqın sərhədyanı ərazilərinə aviazərbələr endiriblər.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, şahidlərin məlumatına görə, Türkiyənin havadan zərbələri yarım saatdan çox davam edib və əsasən Türkiyənin Kürd Fəhlə Partiyasının mövqelərinə endirilib.

Aviazərbələrin əsas hissəsi Deyrluk və Şilaci rayonlarında yerləşən mövqelərin payına düşüb.

Son xəbərlər

Orphus sistemi