KİV: Tramp Zelenskini seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib

KİV: Tramp Zelenskini seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini Ukraynada dünən keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
Digər ölkələr
22 Aprel , 2019 02:21
KİV: Tramp Zelenskini seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini Ukraynada dünən keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Ukrainskaya pravda" nəşri bildirib.

"ABŞ prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə zəng vurub", - deyə nəşr namizədin qərargahındakı mənbələrə istinadən bildirib.

Qeyd edilir ki, Tramp danışığın gedişatında Zelenskini parlaq qələbə münasibətilə təbrik edib.

Məlumata görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə keçirilib. Lakin təfərrüatlar hələ məlum deyil.

Hər iki ölkənin rəsmi orqanları danışıqların olub-olmaması barədə məlumat yaymayıb. 

Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. 

Son xəbərlər

Orphus sistemi