KİV: Tramp yeni fərmanla bütün ölkələrdən olan qaçqınların ABŞ-da yerləşdirilməsinə müvəqqəti qadağa qoyacaq

KİV: Tramp yeni fərmanla bütün ölkələrdən olan qaçqınların ABŞ-da yerləşdirilməsinə müvəqqəti qadağa qoyacaq Fərmanın bu gün imzalanacağı gözlənilir
Digər ölkələr
6 Mart , 2017 10:59
KİV: Tramp yeni fərmanla bütün ölkələrdən olan qaçqınların ABŞ-da yerləşdirilməsinə müvəqqəti qadağa qoyacaq

Bakı. 6 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın yeni fərmanına əsasən, İraq vətəndaşlarının Birləşmiş Ştatların ərazisinə daxil olmasına müvəqqəti qadağa qoyulan dövlətlər siyahısından çıxarılıb. 

"Report" xəbər verir ki, bunu "The New York Times" qəzeti Ağ evdəki mənbəsinə istinadən yazıb.

Qəzetin yazdığına görə, D.Trampın yeni immiqrasiya fərmanını bu gün imzalayacağı gözlənilir.

Mənbənin məlumatına görə, yeni fərman ilə həmçinin bütün ölkələrdən olan qaçqınların ABŞ-da yerləşdirilməsinə müvəqqəti qadağa qoyulacaq. Bununla yanaşı, bu qadağanın nə qədər müddət davam edəcəyi məlum deyil.

Xatırladaq ki, məhkəmə tərəfindən əngəllənən əvvəlki fərman ABŞ-da məcburi köçkünlərin yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tuturdu.

Son xəbərlər

Orphus sistemi