KİV: Tramp NATO sammitinə 1000 nəfərlik nümayəndə heyəti ilə gələcək

KİV: Tramp NATO sammitinə 1000 nəfərlik nümayəndə heyəti ilə gələcək ABŞ prezidenti Donald Trampın Brüsselə - NATO sammitinə mayın 25-də baş tutacaq ilk səfəri iki günlük olacaq
Digər ölkələr
12 May , 2017 11:13
KİV: Tramp NATO sammitinə 1000 nəfərlik nümayəndə heyəti ilə gələcək

Bakı. 12 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın Brüsselə - NATO sammitinə mayın 25-də baş tutacaq ilk səfəri iki günlük olacaq. "Report" "La Derniere Heure" qəzetinə istinadən xəbər verir ki, onun nümayəndə heyətinin tərkibinə təxminən min adam daxil olacaq.

"ABŞ prezidenti Belçikanın paytaxtına mayın 24-də axşam gələcək və dərhal "The Hotel" mehmanxanasına gedəcək. Mayın 25-də prezident Sarayda Kral Filippi ziyarət erdəcək və baş nazir Çarl Mişel ilə görüşəcək. Bundan sonra prezidentin NATO sammiti çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi planlaşdırılır. Mayın 25-də gecə onun təyyarəsi Siciliyaya (G7-nin saamiti keçiriləcək - red.) yola düşəcək. ABŞ-ın nümayəndə heyətinin tərkibinə təxminən 1000 nəfər daxil olacaq", - qəzet yazıb.

Qeyd edək ki, Belçikaya səfəri çərçivəsində D.Tramp, həmçinin Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının sədri Jan-klod Yunker ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi