KİV: Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını bəyan edəcək

KİV: Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını bəyan edəcək Bakı. 8 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı İranla nüvə sazişindən çıxacağını bəyan edib.
Digər ölkələr
8 May , 2018 20:18
KİV: Tramp ABŞ-ın İranla nüvə sazişindən çıxdığını bəyan edəcək

Bakı. 8 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı İranla nüvə sazişindən çıxacağını bəyan edib.  

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" qəzeti məlumat yayıb.  

Qəzetin yazdığına görə, ABŞ prezidenti İrana qarşı ləğv olunmuş sanksiyaları bərpa etməyi və yenilərinin tətbiqini də nəzərdən keçirir. 

Qeyd edək ki, Donald Trampın mayın 8-i saat 22:00-da ABŞ-ın 2015-ci ildə İranla "altılıq" ölkələri arasında imzalanmış Əhatəli Nüvə Razılaşmasından çıxacağını rəsmən açıqlayacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi