​KİV: Terrorçular Quantanamodakı xüsusi türmədən ABŞ-a köçürülə bilərlər

​KİV: Terrorçular Quantanamodakı xüsusi türmədən ABŞ-a köçürülə bilərlər Məsələ ilə bağlı administrasiya və Konqres arasında kəskin fikir ayrılığı var
Digər ölkələr
15 Avqust , 2015 01:57
​KİV: Terrorçular Quantanamodakı xüsusi türmədən ABŞ-a köçürülə bilərlər

Bakı. 15 Avqust. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyinin nümayəndələri Kubadakı Quantanamo hərbi bazasının xüsusi həbsxanasında saxlanılan terrorçuların bir hissəsinin Kanzas ştatındakı Fort- Livenuort hərbi türməsinə köçürülməsi imkanlarını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, təhlükəli cinayətkarların mümkün köçürülmə yeri qismində, həmçinin Çarlstondakı (Cənubi Karolina ştatı) hərbi həbsxana nəzərdən keçirilir.

"Quantanamoda olan 116 terrorçudan təqribən yarısının ABŞ ərazisinə aparılması məsələsi ilə bağlı administrasiya və Konqres arasında kəskin fikir ayrılığı var. Qanunvericilər federal büdcədən bu məqsədlə vəsait ayrılmasına qarşı çıxıblar", - deyə telekanal qeyd edib.

Son xəbərlər

Orphus sistemi