Yuxarı

​KİV: “Suriyada “Nüsra Cəbhəsi” terror qruplaşması liderlərindən biri öldürülüb”

Əbu Süleyman əl-Məsri Hələb yaxınlığında zərərsizləşdirilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Nüsra Cəbhəsi” (“Əl-Qaidə”nin Suriyadakı filialı) terror qruplaşmasının liderlərindən biri Əbu Süleyman əl-Məsri Suriyanın şimalında öldürülüb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü Londonun “Daily Mail” qəzeti yazıb.

Nəşrin məlumatına görə, “Cəbhat ən-Nüsra” rəhbərin öldüyünü təsdiq edib.

İlkin məlumata görə, terrorçu Suriyanın Hələb şəhəri yaxınlığında zərərsizləşdirilib. Onun hansı şəraitdə və necə öldürüldüyü müəyyən edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi