KİV: Suriya ordusu İsrail təyyarəsini vurub

KİV: Suriya ordusu İsrail təyyarəsini vurub İsrail ordusunun mətbuat xidməti isə təyyarənin vurulması haqqında məlumatı təkzib edib
Digər ölkələr
13 Sentyabr , 2016 12:15
KİV: Suriya ordusu İsrail təyyarəsini vurub

Bakı. 13 sentyabr. REPORT.AZ/ İsrail Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarə Suriyanın Kuneytra şəhərinin hava məkanında vurulub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Suriyanın Sasaa qəsəbəsinin qərbində İsrailə aid Pilotsuz Uçan Aparat da prezident Bəşər Əsədə bağlı silahlılar tərəfindən ələ keçirilib.

Məlumata görə, İsrailin bombardmançı təyyarəsini Bəşər Əsədə bağlı olan silalahlılar vurub.

Amma rəsmi Dəməşq hadisəni təsdiqləyən fakt təqdim etməyib.

İsrail ordusunun (TSAXAl) mətbuat xidməti isə təyyarənin vurulması haqqında məlumatı təkzib edib. 

Son xəbərlər

Orphus sistemi