KİV: Stokholmda baş vermiş hadisə zamanı 5 nəfər həlak olub

KİV: Stokholmda baş vermiş hadisə zamanı 5 nəfər həlak olub Polis isə 3 nəfərin həlak olduğunu təsdiqləyib
Digər ölkələr
7 Aprel , 2017 19:05
KİV: Stokholmda baş vermiş hadisə zamanı 5 nəfər həlak olub

Bakı. 7 aprel. REPORT.AZ/ İsveç radiostansiyasının hadisə yerində olan müxbirinin sözlərinə görə, Stokholmun mərkəzində yük avtomobilinin insanların üzərinə hərəkət etməsi nəticəsində 5 nəfər həlak olub.

Bu barədə “Report” RİA "Novosti”yə istinadən xəbər verir.

“Reuters”in məlumatında isə bildirilir ki, İsveç polisi hadisə nəticəsində 3 nəfərin həlak olduğunu təsdiqləyib.

İsveç paytaxtında metro bağlanıb.

DPA agentliyinin məlumatına görə, Stokqolmda Hökumət Evi, parlament və Kral sarayı xüsusi qorunur. 

Son xəbərlər

Orphus sistemi