​KİV: Rusiyanın aviazərbələri nəticəsində Suriyada 42 dinc sakin həlak olub

​KİV: Rusiyanın aviazərbələri nəticəsində Suriyada 42 dinc sakin həlak olub Xəbərə görə, bombalanan ərazi Bəşşar Əsəd rejiminə mötədil müxalifətin nəzarəti altındadır
Digər ölkələr
20 Oktyabr , 2015 12:30
​KİV: Rusiyanın aviazərbələri nəticəsində Suriyada 42 dinc sakin həlak olub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Rusiya qırıcılarının Suriyanın Lazkiyə bölgəsinin şərqində yerləşən Bişurfa kəndini bombalanması nəticəsində 42 dinc sakin həyatını itirib, onlarla mülki şəxs yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu yerli özünümüdafiə qüvvələrinin nümayəndəsi bildirib.

Xəbərə görə, bombalanan ərazi Bəşşar Əsəd rejiminə mötədil müxalifətin nəzarəti altındadır.

Avia zərbələr nəticəsində yaralananlar xəstəxanaya yerləşdirilib. Bombalanma nəticəsində uçan evlərin altından çoxlu sayda insan çıxarılıb.

Şahidlərin dediyinə əsasən, kəndə iki aviazərbə endirilib: "Birincidən sonra sakinlər dağılan evlərin altında qalanları xilas etməyə gedərkən ikinci bomba da atıldı. Bundan sonra daha çox insan ölüb".

Qeyd edək ki, Rusiya tərəfi oktyabrın 19-da Suriyanın 5 əyalətində terrorçuların 49 obyektini vurduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi