KİV: Rusiyanın ABŞ-dakı səfiri Donald Trampın kürəkəninə gizli rabitə kanalı yaratmağı təklif edib

KİV: Rusiyanın ABŞ-dakı səfiri Donald Trampın kürəkəninə gizli rabitə kanalı yaratmağı təklif edib Kuşner və Kislyak arasındakı görüşün əsas mövzusu Suriyadakı hərbi münaqişə olub
Digər ölkələr
30 May , 2017 09:51
KİV: Rusiyanın ABŞ-dakı səfiri Donald Trampın kürəkəninə gizli rabitə kanalı yaratmağı təklif edib

Bakı. 30 may. REPORT.AZ/ ABŞ prezidentinin müşaviri, İvanka Trampın həyat yoldaşı Cared Kuşner Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyaka Donald Trampın komandası və Kreml arasında gizli rabitə kanalı yaratmağı təklif etməyib.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbəyinə istinadən məlumat verib.

Mənbənin məlumatına görə, Kuşner və Kislyak arasındakı görüşün əsas mövzusu Suriyadakı hərbi münaqişə olub. Mənbə həmçinin onu da qeyd edib ki, görüş zamanı məhz Rusiya tərəfi gizli rabitə kanalı yaratmaq ideyası ilə çıxış edib. Ancaq ideya daimi məlumat axınında yox, arabir əlaqə ilə bağlı olub.

Eyni zamanda, mənbə iclasda tərəflərin Rusiyanın ABŞ-ın keçmiş prezidenti Baraka Obamanın Suriya üzrə siyasətinin yanlış olduğuna dair iddialarını müzakirə etdiklərini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl "The Washington Post" qəzeti mənbələrinə istinadən Kuşnerin Kislyaka Moskva ilə əlaqə üçün təhlükəsiz kanal yaratmağı təklif etdiyini yazıb. Məqalənin işıq üzü görməsindən sonra ABŞ prezidenti Donald Tramp mediaya tənqidi fikirlərlə "hücuma" başlayıb və kürəkəninə tam inandığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi