Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiya Suriyada ilk hərbi hava əməliyyatını həyata keçirib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Rusiya qırıcılarının Suriyanın Holms şəhəri ətrafına hava zərbələri endirdiyi ehtimal olunur.
Əməliyyatın keçirilməsi ilə bağlı Rusiya ABŞ-ı məlumatlandırıb.
"RİA Novosti"nin xəbərinə görə, Rusiya ABŞ-dan təyyarələrinin Suriya hava məkanında uçuşlarının dayandırılmasını tələb edib.