KİV: Raket mərmisi Bəsrədə "ExxonMobil" şirkətinin binasına düşüb

KİV: Raket mərmisi Bəsrədə "ExxonMobil" şirkətinin binasına düşüb İraqın Bəsrə şəhərində ABŞ-ın ExxonMobil şirkətinin nümayəndəliyinin olduğu bina raket atəşinə məruz qalıb.
Digər ölkələr
19 İyun , 2019 10:12
KİV: Raket mərmisi Bəsrədə ExxonMobil şirkətinin binasına düşüb

İraqın Bəsrə şəhərində ABŞ-ın "ExxonMobil" şirkətinin nümayəndəliyinin olduğu bina raket atəşinə məruz qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Yerli hüquq-mühafizə orqanlarının məlumatında azı 2 nəfərin xəsarət aldığını qeyd olunur. Şahidlərin agentliyə verdikləri məlumata görə, onlar hadisə yerində azı üç partlayış eşidiblər.

"Reuters" bildirir ki, baş verən hadisə ilə əlaqədar "ExxonMobil" dərhal 20-yə yaxın xarici işçisini təxliyyə etməyi planlaşdırır. Hadisə baş verən ərazidə "Royal Dutch Shell" və "Eni" kimi neft şirkətlərinin də ofisləri var.

İraq səlahiyyətliləri açıqlamalarında bildiriblər ki, başverənlər mövcud neft hasilatı və ixracatı üzrə əməliyyatlara heç bir təsir göstərməyib.

Son xəbərlər

Orphus sistemi