​KİV: Qvatemalada sərnişin avtobusu dərəyə yuvarlanıb, 19 nəfər həlak olub

​KİV: Qvatemalada sərnişin avtobusu dərəyə yuvarlanıb, 19 nəfər həlak olub Daha 20-25 nəfər yaralanıb
Digər ölkələr
28 Mart , 2016 19:54
​KİV: Qvatemalada sərnişin avtobusu dərəyə yuvarlanıb, 19 nəfər həlak olub

Bakı. 28 mart. REPORT.AZ/ Qvatemalanın qərbində sərnişin avtobusu dərəyə yuvarlanıb. Qəza zamanı 19 nəfər həlak olub. Ölənlər arasında hamilə qadın və bir yeniyetmə də var.

"Report"un verdiyi xəbərə görə, məlumatı "Reuters" agentliyi yayıb.

Bildirilir ki, yol-nəqliyyat hadisəsi ölkə paytaxtından təxminən 160 km qərbdə baş verib. Yüksək sürətlə hərəkət edən avtobus dərinliyi 200 metr olan dərəyə yuvarlanıb.

Hadisə nəticəsində həmçinin 20-25 nəfər yaralanıb. Bütün yaralılar xəstəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi