KİV: Pxenyan ABŞ-KXDR sammitini ləğv edəcəyi ilə bağlı hədələyib

KİV: Pxenyan ABŞ-KXDR sammitini ləğv edəcəyi ilə bağlı hədələyib Şimali Koreya həmçinin Cənubi Koreyanın rəsmiləri ilə yüksək səviyyəli görüşü ləğv edib
Digər ölkələr
15 May , 2018 22:37
KİV: Pxenyan ABŞ-KXDR sammitini ləğv edəcəyi ilə bağlı hədələyib
Vkrizis.ru

Bakı. 15 may. REPORT.AZ/ Rəsmi Pxenyan ABŞ-KXDR sammitini ləğv edəcəyi ilə bağlı hədələyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb Amerika-Cənubi Koreya birgə hərbi təlimlərinin keçirilməsidir. 

Digər məlumata görə, Şimali Koreya həmçinin Cənubi Koreyanın rəsmiləri ilə yüksək səviyyəli görüşü də ləğv edib. Qeyd edək ki, KXDR rəsmiləri ilə Cənubi Koreyanın dövlət nümayəndələrinin danışıqlarının mayın 16-da, Phanmundjo sərhəd məntəqəsində keçiriləcəyi bildirilirdi.

Son xəbərlər

Orphus sistemi