Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında görüşün dekabrın 1-də Argentinada, G20 sammiti çərçivəsində keçiriləcəyi planlaşdırılır.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. Bildirilir ki, görüşün iki saatdan çox davam edəcəyi gözlənilir.
Nümayəndə heyətlərindəki mənbənin məlumatına görə, prezidentlərin görüşü G20 sammiti çərçivəsində dekabrın 1-də Argentinada Moskva vaxtı ilə saat 17:30-a (Bakı vaxtı ilə saat 18:30) planlaşdırılır. Görüşə iki saatdan bir qədər çox vaxt ayrılıb.