KİV: Pentaqon Suriyaya yeni hərbçi qrupu göndərilməsi planını hazırlayıb

KİV: Pentaqon Suriyaya yeni hərbçi qrupu göndərilməsi planını hazırlayıb Bakı. 4 aprel. REPORT.AZ/ ABŞ Hərbi Qüvvələrinin rəhbərliyi prezident Donald Trampın bəyanatından əvvəl Suriyaya yeni hərbçi qrupu göndərmək planını hazırlayıb.
Digər ölkələr
4 Aprel , 2018 04:28
KİV: Pentaqon Suriyaya yeni hərbçi qrupu göndərilməsi planını hazırlayıb

Bakı. 4 aprel. REPORT.AZ/ ABŞ Hərbi Qüvvələrinin rəhbərliyi prezident Donald Trampın bəyanatından əvvəl Suriyaya yeni hərbçi qrupu göndərmək planını hazırlayıb.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə "CNN"-ə Birləşmiş Ştatların Müdafiə Nazirliyi – Pentaqondakı və dövlət administrasiyasındakı mənbələr məlumat verib.

Mənbələrin məlumatlarına görə, Trampın bəyanatı Pentaqonda qarışıqlığa gətirib çıxarıb. Çünki idarədə artıq bir neçə gün ərzində Suriyada Amerika qoşunlarının sayının artımı haqqında təklif üzərində işləyirdilər. 

Çərşənbə axşamına Milli Təhlükəsizlik Şurasının iclası nəzərdə tutulub. İclasda İŞİD-ə qarşı sonrakı əks-fəaliyyəti müzakirə etmək planlaşdırılırdı.

Qeyd edək ki, Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılacağını bildirib. 

Son xəbərlər

Orphus sistemi