KİV: Molla Məhəmməd Əxtər Mansur "Taliban" hərəkatının yeni lideri seçilib

KİV: Molla Məhəmməd Əxtər Mansur "Taliban" hərəkatının yeni lideri seçilib "Taliban" hərəkatının sözçüsü Zabihullah Mücahit keçmiş lider Molla Ömərin öldüyünü rəsmən təsdiqləyib
Digər ölkələr
30 İyul , 2015 19:51
KİV: Molla Məhəmməd Əxtər Mansur Taliban hərəkatının yeni lideri seçilib

Bakı. 30 iyul. REPORT.AZ/ Molla Məhəmməd Əxtər Mansur Əfqanıstandakı "Taliban" hərəkatının yeni lideri seçilib. "Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, o bu postda "Taliban" hərəkatının qurucusu mərhum Molla Məhəmməd Öməri əvəzləyib. 

Molla Məhəmməd Əxtər Mansur "Taliban" hərəkatının yeni lideri vəzifəsinə şura tərəfindən seçilib. O bundan əvvəl Molla Məhəmməd Ömərin köməkçisi olub. 

Qeyd edək ki, "Taliban" hərəkatının sözçüsü Zabihullah Mücahit keçmiş lider Molla Ömərin öldüyünü rəsmən təsdiqləyib. Əfqanıstan hökuməti də bu gün yaydığı açıqlamada "Taliban"ın dini liderinin 2013-cü ildə Pakistanda öldürüldüyünü qeyd edib. 

Son xəbərlər

Orphus sistemi