Yuxarı
    Bağlamaq

    KİV: Misir prezidenti ona qarşı hazırlanan sui-qəsd səbəbindən Ərəb Liqasının sammitində iştirakdan imtina edib

    Bu, bir sıra terror təşkilatları tərəfindən Misir dövlət başçısına qarşı hazırlanan ilk sui-qəsd cəhdi deyil

    Bakı. 25 iyul. REPORT.AZ/ Misir prezidenti Əbdül Fəttah əs-Sisinin Ərəb Liqasının sammitində iştirak məqsədilə Mavritaniyaya səfəri ləğv edilib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb prezidentin həyatına sui-qəsd ediləcəyi ilə bağlı informasiyanın əldə olunmasıdır.

    Bu, bir sıra terror təşkilatları tərəfindən Misir dövlət başçısına qarşı hazırlanan ilk sui-qəsd cəhdi deyil.

    Qeyd edək ki, Ərəb Liqasının sayca 27-ci sammiti bu gün Mavritaniyanın paytaxtı Nuakşotda açılıb. Sammitdə Misiri baş nazir Şerif İsmayıl təmsil edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi