​KİV: Malidə hotelin azad olunması ilə bağlı əməliyyat başa çatıb

​KİV: Malidə hotelin azad olunması ilə bağlı əməliyyat başa çatıb Hücum nəticəsində beş hərbçi və BMT missiyasının bir üzvü həlak olub, iki nəfər ekstremist zərərsizləşdirilib
Digər ölkələr
8 Avqust , 2015 14:10
​KİV: Malidə hotelin azad olunması ilə bağlı əməliyyat başa çatıb

Bakı. 8 avqust. REPORT.AZ/ Malinin Sevara şəhərində silahlı şəxslərin ələ keçirdiyi "Biblos" hoteli yaraqlılardan tam azad olunub.

"Report" xəbər verir ki, bu barədə şənbə günü France-Presse bildirib.

Ölkənin Silahlı Qüvvələri nümayəndəsinin dediyinə görə, Mali silahlı qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində hotel yaraqlılardan tam azad edilib və əməliyyat artıq başa çatıb.

Cümə günü bir qrup yaraqlı  əsasən xaricilərin qaldığı "Biblos" hotelinə silahlı basqın etmişdi. Burada, həmçinin Birləşmiş Millətlər təşkilatının Malidəki vəziyyətin stabilləşdirilməsi missiyasının üzvləri də yaşayırdılar. Son məlumatlara görə, hücum nəticəsində beş hərbçi və BMT missiyasının bir üzvü həlak olub, iki nəfər ekstremist zərərsizləşdirilib.

Həlak olan BMT missiyası əməkdaşının hansı ölkə vətəndaşı olduğu müəyyən olunmayıb.

Son xəbərlər

Orphus sistemi