"Lukoil" törəmə şirkətinə qarşı irəli sürülən ittihamları rədd edib - YENİLƏNİB

"Lukoil" törəmə şirkətinə qarşı irəli sürülən ittihamları rədd edib - YENİLƏNİB Şirkət məsələnin obyektiv araşdırılacağına ümid etdiyinin bildirib
Digər ölkələr
9 İyul , 2015 18:07
Lukoil törəmə şirkətinə qarşı irəli sürülən ittihamları rədd edib - YENİLƏNİB

Bakı. 9 iyul. REPORT.AZ/ ""Lukoil" çirkli pulların yuyulması, vergidən yayınmqla bağlı "Petrotel-Lukoil" şirkəti və onun əməkdaşlarına qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edir".

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiyanın "Lukoil" neft-qaz şirkətinin bəyantında belə deyilir. 

Şirkət Rumıniyanın Ploeşti şəhər Prokurorluğunun "Lukoil"un törəmə "Petrotel-Lukoil" müəssisəsinə qarşı irəli sürüdüyü çirkli pulların yuyulması və vergidən yayınmaqla bağlı məsələnin obyektiv araşdırılacağına ümid etdiyinin bildirib.

*** 16:52

Rusiyanın "Lukoil" neft-qaz şirkəti hazırda Rumıniyanın Ploeşti şəhərində fəaliyyətini davam etdirir və hələ əmlakına həbs qoyulmayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda "Petrotel Lukoil" şirkətinin ("Lukoil"un Rumıniyadakı törəmə şirkəti) rəhbərliyindən bildirilib.

Qeyd edək ki, ötən gün "BBC" "Lukoil"-un Rumıniyadakı əmlakına həbs qoyulması barədə xəbər yayıb. Xəbərə əsasən, Rumıniya məhkəməsi prokurorluğun vəsatəti əsasında Rusiyanın "Lukoil" neft-qaz şirkətinin bu ölkədəki aktivlərinə həbs qoyulması haqda qərar qəbul edib. Əmlakının ümumi dəyəri 2,2 milyard avrodur.

Məlumatda bildirilib ki, bu qərar "Petrotel Lukoil S.A" şirkətində çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı açılan cinayət işinin istintaqına yardım edilməsi üçün qəbul olunub.

Hələ ötən ilin oktyabrında Rumıniya polisi "Petrotel Lukoil S.A" şirkətinin zavodunda və ofisində axtarış aparıb. İndi isə prokurorluq yeni şübhəli halların ortaya çıxdığını bəyan edib. Şübhəlilər arasında "Petrotel Lukoil S.A" şirkətinin başçısı və daha 5 əməkdaşı da var.

İstintaq başlayanda şübhəlilərin vurduğu ziyanın 200 milyon avro olduğu bildirilirdisə, prokurorluq bu rəqəmin milyardları ötəcəyini ehtimal edir.

Məlumata görə, "Lukoil" şirkəti məsələyə hələ ki, rəsmi münasibət bildirməyib. 

Son xəbərlər

Orphus sistemi