Londondakı hücumlarda terrorçular da daxil olmaqla, 6 nəfər öldürülüb, azı 30 nəfər xəsarət alıb

Londondakı hücumlarda terrorçular da daxil olmaqla, 6 nəfər öldürülüb, azı 30 nəfər xəsarət alıb Hücumda 5 nəfər iştirak edib
Digər ölkələr
4 İyun , 2017 06:34
Londondakı hücumlarda terrorçular da daxil olmaqla, 6 nəfər öldürülüb, azı 30 nəfər xəsarət alıb
© Reuters

Bakı. 4 iyun. REPORT.AZ/ Londondakı hücumlarda 6 nəfər ölüb, 30 nəfərin xəsarət aldığı güman edilir.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.

Bildirilir ki, hücumda 5 nəfər iştirak edib. Şahidlərin sözlərinə görə, onlardan 2-i polis tərəfindən öldürülüb. Daha 3 nəfər isə axtarılır. Milli Səhiyyə Xidmətinin məlumatına görə, xəstəxanalara 30 nəfər yerləşdirilib. 

Həmçinin qeyd olunur ki, bir qrup terrorçu Londonun mərkəzindəki pivəxanalardan birinə daxil olmağa cəhd edib, lakin müəssisənin əməkdaşları qapıları onların üzünə bağlayıblar.

Qeyd edək ki, polis London körpüsündə və bazardakı insidenti terror aktları edib. 

Son xəbərlər

Orphus sistemi