Yuxarı

​KİV: Livan-Suriya sərhədində 8 terrorçu məhv edilib

Livan ordusu ekstremist qruplaşmaların məskunlaşdığı Ersal rayonunu mühasirəyə alıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Livan hərbçiləri Suriyanın Ersal şəhərinin yaxınlığında Vadi-Hmeyid rayonunda yerləşən silahlıların düşərgəsinə raket atəşi endirib.

"Report"un verdiyi xəbərə görə, bu barədə məlumatı "Daily Star" qəzetinin elektron versiyası yayıb.

Partlayış nəticəsində "Cəbhəte ən-Nüsrə" üzvlərindən 8 terrorçu öldürülüb, 11 isə yaralanıb.

Livan ordusu ekstremist qruplaşmaların məskunlaşdığı Ersal rayonunu mühasirəyə alıb.

Ötən həftə orada mütəmadi olaraq atışma səsi eşidilib. Silahlılar 25 Livan əsgər və jandarmını girov saxlayır. Onlar 2014-cü ilin avqustunda Ersalı zəbt edərkən girov götürülüblər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi