KİV: KXDR qanadlı raket atışları həyata keçirib

KİV: KXDR qanadlı raket atışları həyata keçirib KXDR bu gün Yaponiya dənizi sularında bir neçə “hava – yer” tipli gəmi əleyhinə qanadlı raket atışları həyata keçirib.
Digər ölkələr
14 Aprel , 2020 10:43
KİV: KXDR qanadlı raket atışları həyata keçirib

KXDR bu gün Yaponiya dənizi sularında bir neçə “hava – yer” tipli gəmi əleyhinə qanadlı raket atışları həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Raketlər səhər saat 07:00-da sahilyanı Munçhon şəhərində KXDR Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar tərəfindən atılıb. Raketlər təxminən 150 km uçduqdan sonra suya düşüb.

“Koreya Respublikasının hərbçiləri vəziyyəti və mümkün yeni raket buraxılışlarını izləməyə davam edərək yüksək hazırlıq səviyyəsini qoruyurlar”, - Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsinin məlumatında deyilir. 

Son xəbərlər

Orphus sistemi