KİV: Koronavirusu məhv edən molekul tapılıb

KİV: Koronavirusu məhv edən molekul tapılıb İsveçrədə koronavirusu məhv edən molekul tapılıb.
Digər ölkələr
29 Yanvar , 2020 08:24
KİV: Koronavirusu məhv edən molekul tapılıb

İsveçrədə koronavirusu məhv edən molekul tapılıb.

Bu barədə “Report” "İzvestiya"ya istinadən xəbər verir.

Bildirilir ki, alimlər molekulun Çində geniş yayılan 2019-nCoV koronavirusuna qalib gələ biləcəyi ehtimal edir.

Hazırda yayılmaqda olan koronavirusa qarşı heç bir preparat mövcud deyil. Ancaq isveçrəli alimlər dəvələrdən və yarasalardan insana keçən MERS koronavirusu əleyhinə dərman yaratmaq üçün K22 molekulunu kəşf ediblər. Məlumata görə, bununla bağlı dərmanın yaradılması bir müddət əvvəl maliyyə səbəbindən təxirə salınıb.

Qeyd edilir ki, 2019-nCoV infeksiyasının yayılması K22 perspektivli "namizəd" ola bilər.

Son xəbərlər

Orphus sistemi