KİV: Koalisiyanın 60-dan çox hərbi maşını Amerikanın Suriyadakı bazasına gəlib

KİV: Koalisiyanın 60-dan çox hərbi maşını Amerikanın Suriyadakı bazasına gəlib Beynəlxalq koalisiyanın 60-dan çox hərbi maşını İraqdan Suriyanın şimal-şərqindəki Kamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.
Digər ölkələr
9 Yanvar , 2020 00:28
KİV: Koalisiyanın 60-dan çox hərbi maşını Amerikanın Suriyadakı bazasına gəlib

Beynəlxalq koalisiyanın 60-dan çox hərbi maşını İraqdan Suriyanın şimal-şərqindəki Kamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.

“Report” un məlumatına görə, bu barədə Suriyanın dövlət televiziyası mənbəyə istinadən xəbər verib.

Bundan əvvəl, Suriya dövlət agentliyi "SANA"nın verdiyi məlumata görə, ABŞ hərbçiləri Suriyanın şimal-şərqində İraq istiqamətində yerləşən iki bazanı tərk edib.

Mənbənin sözlərinə görə, zirehli maşınlar və maddi-texniki təchizat daşıyan 60-dan çox avtomobil Kamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.

Qeyd olunub ki, bir sıra hərbi maşınlar bazaya gəlmək üçün İraqla sərhəddəki “qanunsuz sərhəd keçidi”ndən istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi